“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev

Rəhbərlik

Sədr

Əfəndiyeva Rübail Əhməd

Doğum tarixi

1980: anadan olmuşdur.


Təhsil

1997-2001: Azərbaycan Müəllimlər İnstitutu ibtidai təhsilin metodikası və pedaqogikası ixtisası üzrə bakalavr təhsili alıb.

Karyera

2001–2003: Qax rayonu Şahmərdan Abdullayev adına Əmbərçay kənd ümumi orta ümumitəhsil məktəbində müəllim kimi fəaliyyət göstərib.

2003–2018: Qax şəhəri Etibar Babayev adına 4 nömrəli tam orta ümumitəhsil məktəbində müəllim kimi fəaliyyət göstərib.

2014–2015: Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli 1635 nömrəli Sərəncamı ilə 2014–2015-ci dərs ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub.

2018–2024: Qax rayonu Ayaz Musayev adına Əmircan kənd ümumi orta ümumitəhsil məktəbində direktor vəzifəsində çalışıb.


2018-2024: Yeni Azərbaycan Partiyası Qax Rayon Əmircan kənd ərazi partiya təşkilatının sədri olub


2019–2020: Elm və Təhsil Nazirliyi, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə müsabiqəsinin qalibi və “PİRLS – inkişaf üçün oxu” layihəsinin rəhbəri olub.

2022–2023: Elm və Təhsil Nazirliyi, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə müsabiqə qalibi və “Real həyatda riyaziyyat” (SIMOC, SASMO, AMO) layihəsinin rəhbəri olub.

2024–2025: Qax şəhəri Etibar Babayev adına 4 nömrəli tam orta ümumitəhsil məktəbində direktor vəzifəsində çalışıb.


Təlimçi və mentor fəaliyyəti:

2008–2013: İKT-nin təhsilə tətbiqi üzrə "Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması" və İnzibati idarəetmə heyəti üçün İKT-nin təhsilə tətbiqi, Məktəb rəhbərləri üçün ümumi təhsildə kurikulum islahatı və onun idarə olunması - Elm və Təhsil Nazirliyi, “Mədəd Azərbaycan”.

2013–2015: İbtidai təhsildə dərs deyən müəllimlər üçün “Təhsil-uşaqların ətraf mühitin mühafizəsinə cəlb olunmasında vasitə kimi” layihəsində koordinator, təlimçi-moderator - AGİ və SPARE Azərbaycan

2016–2017: Bakı şəhəri üzrə Təhsil rəhbərlərinin İKT savadlılığının təkmilləşdirilməsi - Elm və Təhsil Nazirliyi, İTE

2017–2018: İbtidai təhsil səviyyəsində “Sinfin idarəedilməsi” üzrə ixtisasartırma -- Elm və Təhsil Nazirliyi, AMİM


01.09.2025 -ci il tarixdən Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax rayon komitəsində sədr vəzifəsində fəaliyyət göstərir



Ailəlidir, 2 övladı var