Xəbərlər
ETİHİ Qax Rayon Komitəsi tərəfindən 65 illik yubiley münasibətilə tədbir keçirilib

ETİHİ Qax Rayon Komitəsi tərəfindən 65 illik yubiley münasibətilə tədbir keçirilib
ETİHİ Qax Rayon Komitəsinin üzv təşkilatında çalışan ittifaq üzvü Əmirov Əyyub Həzrətəli oğlunun 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Zəyəm kənd uşaq bağçasında texniki işçi vəzifəsində çalışan Əmirov Əyyub Həzrətəli oğlunun yubileyi münasibətilə təşkil olunan tədbirdə onun uzunillik əmək fəaliyyətindən, kollektiv arasında qazandığı hörmət və nüfuzdan, eləcə də məsuliyyətli və fədakar əməyindən bəhs olunub.
Tədbirdə çıxış edənlər yubilyarı 65 illik yubileyi münasibətilə təbrik edərək, ona möhkəm can sağlığı, uzun və mənalı ömür, ailə səadəti, xoşbəxtlik və gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Tədbirin sonunda ETİHİ Qax Rayon Komitəsi tərəfindən Əmirov Əyyub Həzrətəli oğluna fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.
ETİHİ Qax Rayon Komitəsinin üzv təşkilatlarında çalışan həmkarlar ittifaqı üzvlərinin yubileylərinin qeyd olunması istiqamətində tədbirlər davam etdirilir

ETİHİ Qax Rayon Komitəsinin üzv təşkilatlarında çalışan həmkarlar ittifaqı üzvlərinin yubileylərinin qeyd olunması istiqamətində tədbirlər davam etdirilir
TİHİ Qax Rayon Komitəsinin üzv təşkilatlarında çalışan həmkarlar ittifaqı üzvlərinin əlamətdar yubileylərinin qeyd olunması ilə bağlı tədbirlər davam etdirilir.
Növbəti tədbir Qax şəhər 1 nömrəli Körpələr Evi-Uşaq Bağçasında uzun illər texniki işçi kimi fəaliyyət göstərən həmkarlar ittifaqı üzvü Mustafayev Ələsgər Xurşid oğlunun 65 illik yubileyi münasibətilə keçirilib.
Tədbirdə Ələsgər Mustafayevin uzun illər ərzində göstərdiyi əmək fəaliyyəti, kollektivdə qazandığı hörmət və nüfuz, öz vəzifəsinə məsuliyyətli və vicdanlı münasibəti yüksək qiymətləndirilib. Qeyd olunub ki, yubilyar çalışdığı müddət ərzində öz vəzifəsini layiqincə yerinə yetirib, kollektivin ictimai həyatında fəal iştirak edib və həmkarları arasında böyük hörmət qazanıb.
Tədbirdə çıxış edənlər Ələsgər Mustafayevi yubileyi münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və firavan həyat arzulayıblar. Həmçinin vurğulanıb ki, belə tədbirlərin keçirilməsi həmkarlar ittifaqı üzvlərinin əməyinə verilən yüksək dəyərin göstəricisidir.
Tədbir çərçivəsində ETİHİ Qax Rayon Komitəsi tərəfindən Ələsgər Mustafayevə fəxri fərman və xatirə hədiyyəsi təqdim edilib.
Sonda yubilyara möhkəm sağlamlıq, doğmalarının əhatəsində uzun və mənalı ömür, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulanıb.
ETİHİ Qax Rayon Komitəsinin üzv təşkilatlarında çalışan həmkarlar ittifaqı üzvlərinin əlamətdar yubileylərinin qeyd olunması ilə bağlı tədbirlər davam etdirilir.

ETİHİ Qax Rayon Komitəsinin üzv təşkilatlarında çalışan həmkarlar ittifaqı üzvlərinin əlamətdar yubileylərinin qeyd olunması ilə bağlı tədbirlər davam etdirilir.
Qax şəhər E.Babayev adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən ittifaqı üzvü Mətanət Balacayevanın 65 illik yubileyi münasibətilə görüş keçirilib
Səhhəti ilə əlaqədar yubilyar evində ziyarət olunaraq 65 illik yubileyi münasibətilə təbrik edilib. Ziyarət zamanı Mətanət Balacayevanın uzun illər ərzində pedaqoji fəaliyyəti, Azərbaycan dili və ədəbiyyatı fənninin tədrisinə verdiyi töhfələr, şagirdlərə ana dilimizin zənginliyinin və ədəbiyyatımızın dəyərli nümunələrinin aşılanmasında göstərdiyi səylər barədə xoş sözlər səsləndirilib.
Qeyd olunub ki, Mətanət Balacayeva pedaqoji fəaliyyəti ərzində Azərbaycan dili və ədəbiyyatı fənninin şagirdlərə sevdirilməsinə, onların düzgün nitq, mütaliə və ədəbi düşüncə bacarıqlarının formalaşdırılmasına xüsusi diqqət yetirib. Onun uzun illər ərzində qazandığı təcrübə və peşəkarlıq çalışdığı kollektivdə yüksək qiymətləndirilib.
ETİHİ Qax Rayon Komitəsinin nümayəndələri yubilyara səmimi təbriklərini çatdıraraq, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və firavanlıq arzulayıblar.
Ziyarət zamanı ETİHİ Qax Rayon Komitəsi tərəfindən Mətanət Balacayevaya fəxri fərman və xatirə hədiyyəsi təqdim olunub.
Sonda yubilyara tezliklə səhhətinin yaxşılaşması, doğmalarının əhatəsində uzun və mənalı ömür, xoş günlər və firavan həyat arzulanıb.
Qaxda 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü ilə bağlı maarifləndirici tədbirlər keçirilib

Qaxda 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü ilə bağlı maarifləndirici tədbirlər keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin 28 iyul 2026-cı il tarixli 16-1/İK-18/2026 nömrəli qərarı ilə təsdiq edilmiş “2026-cı il üzrə BƏT Konvensiyalarının icrası ilə bağlı görüləcək işlərə dair Tədbirlər Planı”na uyğun olaraq, 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü münasibətilə Qax rayonunda həmkarlar ittifaqı üzv təşkilatlarında silsilə maarifləndirici tədbirlər keçirilib.
Tədbirlər Nizami Gəncəvi adına İlisu kənd tam orta ümumtəhsil məktəbi, M. Mərdanov adına Ağçay kənd ümumi orta ümumtəhsil məktəbi, M. Ə. Sabir adına Güllük kənd tam orta ümumtəhsil məktəbi, A. Abbasov adına Turaclı kənd tam orta ümumtəhsil məktəbi, Ləkit kənd tam orta ümumtəhsil məktəbi, E. Babayev adına Qax şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbi, V. Əliyev adına Qax şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbi və Qax şəhər 6 nömrəli Körpələr Evi-Uşaq Bağçasında təşkil olunub.
Maarifləndirici görüşlərin əsas məqsədi əmək hüquqları, layiqli əmək prinsipləri, təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması, əmək münasibətlərində bərabərlik və ayrı-seçkiliyin yolverilməzliyi barədə işçilərin məlumatlılığının artırılması olub.
Tədbirlər çərçivəsində iştirakçılara əmək hüquqları və layiqli əmək prinsipləri barədə ətraflı məlumat verilib. Çıxışlarda məcburi əməyin yolverilməzliyi, onun müxtəlif formalarının qarşısının alınması, əmək münasibətlərində ayrı-seçkiliyə yol verilməməsi və işçilərin əmək hüquqlarının etibarlı müdafiəsinin təmin olunması məsələləri xüsusi diqqət mərkəzində saxlanılıb.
Maarifləndirmə zamanı yetkinlik yaşına çatmayanların əmək hüquqlarının qorunması məsələlərinə də geniş yer verilib. Bildirilib ki, yetkinlik yaşına çatmayanların gecə əməyinə cəlb olunmasına yol verilmir. Təhsil alan yetkinlik yaşına çatmayanların əmək fəaliyyətinə cəlb edilməsi zamanı onların təhsil hüquqlarının qorunması, qanunvericiliklə müəyyən edilmiş minimum yaş həddinə riayət olunması və uşaq əməyinin qarşısının alınması mühüm şərtlərdəndir.
Eyni zamanda vurğulanıb ki, uşaqların sağlamlığına, təhlükəsizliyinə, mənəvi və fiziki inkişafına zərər vura biləcək işlərə cəlb edilməsinin qarşısının alınması hər bir halda prioritet olmalıdır. Bu istiqamətdə işəgötürənlərin və əmək münasibətlərinin digər iştirakçılarının üzərinə düşən vəzifələr barədə də ətraflı izahat verilib.
Görüşlərdə əmək münasibətlərində bərabər rəftar və ayrı-seçkiliyin yolverilməzliyi məsələsinə də toxunulub. İştirakçıların diqqətinə çatdırılıb ki, işə qəbul, vəzifədə irəli çəkilmə, əmək şəraitinin dəyişdirilməsi və əmək müqaviləsinə xitam verilməsi zamanı ailə vəziyyətinə görə ayrı-seçkiliyə yol verilməsi yolverilməzdir.
Bununla yanaşı, ailə öhdəliklərinin bölüşdürülməsində kişi işçilərin hüquqları, o cümlədən atalıq məzuniyyəti və qanunvericilikdə nəzərdə tutulmuş digər müvafiq təminatlar barədə iştirakçılara məlumat verilib. Ailə və əmək həyatının uzlaşdırılması, işçilərin ailə öhdəlikləri ilə bağlı hüquqlarının təmin olunmasının layiqli əmək prinsiplərinin mühüm tərkib hissələrindən biri olduğu diqqətə çatdırılıb.
Tədbirlər zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, əmək hüquqlarının müdafiəsi, işçilərin hüquqi maarifləndirilməsinin artırılması, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, əmək münasibətlərində sosial ədalət və bərabərliyin təmin edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Keçirilən maarifləndirici tədbirlər layiqli əmək mədəniyyətinin formalaşdırılması, əmək hüquqları barədə məlumatlılığın artırılması və əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının təşviqi baxımından mühüm əhəmiyyət daşıyıb.
Bu cür tədbirlərin keçirilməsində əsas məqsəd işçilərin əmək hüquqları barədə məlumatlılığını artırmaqla yanaşı, həmkarlar ittifaqlarının əmək hüquqlarının və sosial-iqtisadi maraqların müdafiəsində rolunu daha da gücləndirmək, layiqli əmək prinsiplərinin cəmiyyətin bütün sahələrində təşviqinə töhfə verməkdir. :::
Qaxda 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd olunub
Qaxda 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd olunub
Qax Rayon İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Təhsil idarəsi, ETİHİ Qax rayon komitəsinin birgə təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsinə ehtiramlarını ifadə ediblər.
Rayon rəhbərliyinin, YAP rayon təşkilatının, Şəki-Zaqatala Regional Təhsil idarəsinin Qax rayonu üzrə Təhsil sektorunun, ETİHİ Qax rayon komitəsinin .təhsil müəssisələrinin rəhbərlərinin, təhsil işçilərinin iştirakı ilə Qax şəhər Vaqif Əliyev adına 3 nömrəli tam orta məktəbin iclas zalında keçirilən konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Elvin Paşayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan təhsil siyasəti Azərbaycanın müstəqilliyi, inkişafı və gələcəyi üçün güclü intellektual baza yaratmışdır. Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş Azərbaycan təhsilinin uğurlu inkişafı müasir qlobal çağırışlar, dinamik elmi və elmi-texnoloji inkişaf fonunda Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin, iqtisadiyyatımızın və cəmiyyətimizin uğurlu gələcəyi naminə sürətlə davam edir.
Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, ölkə rəhbərinin bu sahəyə olan böyük diqqətinin bariz nümunəsidir. Respublikamızın hər yerində olduğu kimi, Qax rayonunda da təhsilin yüksək səviyyədə inkişaf etməsi, Heydər Əliyev Fondu tərəfindən yeni məktəb və bağçaların inşası və əsaslı şəkildə təmir olunması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb və görülməkdədir.
Çıxışda həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilin inkişafına, xüsusilə məktəbəqədər və ümumi təhsil müəssisələrinin yenilənməsinə, uşaqların təhsil imkanlarının genişləndirilməsinə yönəlmiş təşəbbüslərinin xüsusi əhəmiyyəti vurğulanıb.
Tədbirdə çıxış edən Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova, YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, Şəki-Zaqatala Regional Təhsil idarəsinin Qax rayonu üzrə Təhsil sektorunun müdiri Babək Heydərov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Qax rayon komitəsinin sədri Rübail Əfəndiyeva və digər təhsil işçiləri təhsil sahəsindəki uğurlardan danışmış, bütün müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edərək onlara pedaqoji fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda rayonun bir qrup təhsil işçisi 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə və təhsil sahəsində səmərəli fəaliyyətinə görə Qax Rayon İcra Hakimiyyətinin, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Qax rayon komitəsinin fəxri fərmanları ilə təltif edilmiş, onlara qiymətli hədiyyələr təqdim olunmuşdur.
Qaxda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə görüşlər keçirilib

Qaxda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə görüşlər keçirilib
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə Qax rayonunun Uşaq-Gənclər İnkişaf Mərkəzi (UGİM) və Z. Rəhimov adına Qaşqaçay kənd tam orta ümumtəhsil məktəbində müəllimlərlə görüşlər keçirilib.
Görüşlərdə ETİHİ Respublika Komitəsi sədrinin daxili nəzarət və keyfiyyət təminatı üzrə müşaviri Natiq Zamanov, ETİHİ Qax Rayon Komitəsinin sədri Rübail Əfəndiyeva və Qax rayonu üzrə Təhsil sektorunun müdiri Babək Heydərov iştirak ediblər.
Əvvəlcə Qaşqaçay kəndində yerləşən “Şəhidlər qalası” ziyarət olunub, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər müəllimləri 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edərək, müəllimlik peşəsinin cəmiyyətin inkişafında mühüm və şərəfli missiya daşıdığını vurğulayıblar. Qeyd olunub ki, müəllimlər gənc nəslin təlim-tərbiyəsində, onların milli-mənəvi dəyərlər ruhunda formalaşmasında mühüm rol oynayırlar. Müəllimlərə məsuliyyətli və şərəfli fəaliyyətlərində möhkəm cansağlığı, uğurlar və yeni nailiyyətlər arzulanıb.
Dəyirmi masa ətrafında səmimi və işgüzar şəraitdə davam edən görüşlər zamanı müəllimlərin fikir və təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində müəllim kimi fəaliyyət göstərən ittifaq üzvü, şəhid xanımı Elza Omarova və Vətən müharibəsi qazisi Mail Məmmədov təltif ediliblər. Onlara ETİHİ Respublika Komitəsinin hədiyyələri təqdim olunub.
Tədbirdə şəhid Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova, eləcə də ittifaq üzvü olan şəhid anaları iştirak ediblər. Şəhid ailələrinə göstərilən diqqət və qayğının əhəmiyyəti vurğulanıb, onların fədakarlığının daim yüksək ehtiramla yad edildiyi bildirilib.
Görüşlərin sonunda müəllimlər göstərilən diqqət və qayğıdan məmnunluqlarını ifadə edərək, onların əməyinə verilən yüksək dəyərə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədova və ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayevə öz dərin təşəkkür və minnətdarlıqlarını çatdırmağı Natiq Zamanovdan xahiş ediblər.
ETİHİ Qax Rayon Komitəsi üzv təşkilatında 65 illik yubiley və Beynəlxalq Müəllimlər Günü qeyd olunub

ETİHİ Qax Rayon Komitəsi üzv təşkilatında 65 illik yubiley və Beynəlxalq Müəllimlər Günü qeyd olunub
ETİHİ Qax Rayon Komitəsinin üzv təşkilatı olan Fıstıqlı kənd ümumi orta məktəbində məktəbin kitabxanaçısı Əzimova Səlmət Mövlud qızının 65 illik yubileyi və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Səlmət Əzimovanın uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyət, kitabxana işinin təşkilində və şagirdlərin mütaliəyə marağının artırılmasında göstərdiyi xidmətlər yüksək qiymətləndirilib. Onun zəngin əmək təcrübəsi, məsuliyyətli və nümunəvi fəaliyyəti, kollektivdə qazandığı hörmət və rəğbət xüsusi vurğulanıb.
Tədbir zamanı ETİHİ Qax Rayon Komitəsi tərəfindən Əzimova Səlmət Mövlud qızının 65 illik yubileyi münasibətilə təltif və hədiyyə təqdim edilib
Həmçinin 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə məktəbin müəllim kollektivi ETİHİ Qax Rayon Komitəsi tərəfindən təbrik olunub. Tədbirdə Maqsudova Kamalə Məhəmməd qızı təltif edilib. Müəllimlərə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və pedaqoji fəaliyyətlərində yeni uğurlar arzulanıb.
Sonda Səlmət Əzimova və məktəbin müəllim kollektivi bayram münasibətilə bir daha təbrik olunub, onlara gələcək fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulanıb.
ETİHİ Qax Rayon Komitəsinin üzv təşkilatı olan Qax şəhər T. İsmayılov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində yubiley tədbiri keçirilib

ETİHİ Qax Rayon Komitəsinin üzv təşkilatı olan Qax şəhər T. İsmayılov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində yubiley tədbiri keçirilib
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Qax Rayon Komitəsinin üzv təşkilatı olan Qax şəhər Tofiq İsmayılov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində ittifaq üzvü, təlim-tədris işləri üzrə direktor müavini, uzun illər riyaziyyat fənnini tədris etmiş, şagird və müəllim kollektivinin dərin hörmət və rəğbətini qazanmış Dilarə Şəkiliyevanın 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Dilarə müəllimənin uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyət, riyaziyyat fənninin tədrisinə verdiyi töhfələr, peşəsinə sədaqəti, kollektivdə qazandığı hörmət, eləcə də gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlər yüksək qiymətləndirilib.
Bildirilib ki, Dilarə Şəkiliyeva pedaqoji fəaliyyəti dövründə zəngin təcrübəsi, məsuliyyətli və nümunəvi fəaliyyəti ilə həmkarlarının və şagirdlərinin hörmətini qazanıb. Onun təhsil sahəsindəki çoxillik fəaliyyəti gənc müəllimlər üçün də örnək kimi dəyərləndirilib.
Sonda Dilarə Şəkiliyeva 65 illik yubileyi münasibətilə təbrik olunub, ona möhkəm cansağlığı, uzun və mənalı ömür, ailə səadəti, xoşbəxtlik və gələcək fəaliyyətində yeni uğurlar arzulanıb.
Hörmətli ittifaq üzvümüz Dilarə müəlliməni 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yeni nailiyyətlər arzulayırıq!
ETİHİ Qax Rayon Komitəsinin təşkilatçılığı ilə Qaxbaş kənd məktəbində Beynəlxalq Müəllimlər Günü qeyd olunub

ETİHİ Qax Rayon Komitəsinin təşkilatçılığı ilə Qaxbaş kənd məktəbində Beynəlxalq Müəllimlər Günü qeyd olunub
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax Rayon Komitəsinin təşkilatçılığı ilə Qaxbaş kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbində 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax Rayon Komitəsinin nümayəndələri, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.
Görüş zamanı müəllimlik peşəsinin cəmiyyətin inkişafında, savadlı və vətənpərvər nəslin yetişdirilməsində mühüm rolu qeyd olunub. Müəllim əməyinin yüksək qiymətləndirildiyi, onların gənc nəslin təlim-tərbiyəsində böyük məsuliyyət daşıdığı vurğulanıb.
Tədbirdə şagirdlər tərəfindən müəllimlərə həsr olunmuş kompozisiyalar təqdim edilib, şeirlər səsləndirilib və müəllimlərə ünvanlanan xoş sözlər ifadə olunub.
Sonda məktəbin müəllim kollektivi 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edilib. Onlara möhkəm cansağlığı, pedaqoji fəaliyyətlərində uğurlar, yeni nailiyyətlər və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulanıb.
ETİHİ Qax Rayon Komitəsi tərəfindən ittifaq üzvü olan təhsil işçiləri ilə görüş keçirilib.

ETİHİ Qax Rayon Komitəsi tərəfindən ittifaq üzvü olan təhsil işçiləri ilə görüş keçirilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax Rayon Komitəsinin təşkilatçılığı ilə Dilarə Əliyeva adına Qax şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllim kollektivi ilə görüş keçirilib.
Görüşdə müəllimlər 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik olunub. Təhsil işçilərinə şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulanıb.
Görüş zamanı müəllim əməyinin cəmiyyətin inkişafında mühüm rolu xüsusi vurğulanıb. Bildirilib ki, müəllim yalnız bilik və bacarıqların formalaşdırılmasında deyil, həm də şagirdlərin dünyagörüşünün, vətəndaşlıq mövqeyinin və gələcək həyata hazırlığının inkişafında mühüm rol oynayır.
Təhsil işçilərinin hüquqi maarifləndirilməsi, əmək münasibətlərində qarşılıqlı məsuliyyətin gücləndirilməsi, sağlam və təhlükəsiz iş şəraitinin təmin olunması, eləcə də sosial tərəfdaşlığın inkişaf etdirilməsi məsələləri görüşün əsas istiqamətlərindən olub.
Sonda görüş iştirakçıları ilə xatirə fotosu çəkdirilib.
(ETİHİ) Qax Rayon Komitəsinin üzv təşkilatlarında ittifaq üzvü olan təhsil işçiləri ilə görüşlər davam etdirilir.

(ETİHİ) Qax Rayon Komitəsinin üzv təşkilatlarında ittifaq üzvü olan təhsil işçiləri ilə görüşlər davam etdirilir.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax Rayon Komitəsinin təşkilatçılığı ilə Şahmərdan Abdullayev adına Qax rayonu Əmbərçay kənd ümumi orta ümumtəhsil məktəbinin müəllim kollektivi ilə görüş keçirilib.
Görüşdə müəllimlərin əmək fəaliyyətinin səmərəli təşkili, əmək hüquqlarının qorunması, iş şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi və əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi ilə bağlı məsələlər müzakirə olunub.
Təhsil işçilərinə həmkarlar ittifaqı üzvlərinin hüquq və mənafelərinin müdafiəsi istiqamətində göstərilən hüquqi və sosial dəstək imkanları barədə ətraflı məlumat verilib. Müəllimlərin gündəlik əmək fəaliyyəti zamanı qarşılaşdıqları məsələlər dinlənilib, onların fikir və təklifləri nəzərə alınıb, səsləndirilən suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüş zamanı müəllim əməyinin cəmiyyətin inkişafında mühüm rolu xüsusi vurğulanıb. Bildirilib ki, müəllim yalnız bilik və bacarıqların formalaşdırılmasında deyil, həm də şagirdlərin dünyagörüşünün, vətəndaşlıq mövqeyinin və gələcək həyata hazırlığının inkişafında mühüm rol oynayır.
Təhsil işçilərinin hüquqi maarifləndirilməsi, əmək münasibətlərində qarşılıqlı məsuliyyətin gücləndirilməsi, sağlam və təhlükəsiz iş şəraitinin təmin olunması, eləcə də sosial tərəfdaşlığın inkişaf etdirilməsi məsələləri görüşün əsas istiqamətlərindən olub.
Görüşdə müəllimlərə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriklər çatdırılıb. Təhsil işçilərinə şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulanıb.
Sonda görüş iştirakçıları ilə xatirə fotosu çəkdirilib.
(ETİHİ) Qax Rayon Komitəsinin üzv təşkilatlarında ittifaq üzvü olan təhsil işçiləri ilə görüşlər davam etdirilir.

(ETİHİ) Qax Rayon Komitəsinin üzv təşkilatlarında ittifaq üzvü olan təhsil işçiləri ilə görüşlər davam etdirilir.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax Rayon Komitəsinin təşkilatçılığı ilə Mehdi Ziyadov adına Qıpçaq kənd tam orta ümumtəhsil məktəbinin müəllim kollektivi ilə görüş keçirilib.
Görüşdə müəllimlərin əmək fəaliyyətinin səmərəli təşkili, əmək hüquqlarının qorunması, iş şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi və əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi ilə bağlı məsələlər müzakirə olunub.
Təhsil işçilərinə həmkarlar ittifaqı üzvlərinin hüquq və mənafelərinin müdafiəsi istiqamətində göstərilən hüquqi və sosial dəstək imkanları barədə ətraflı məlumat verilib. Müəllimlərin gündəlik əmək fəaliyyəti zamanı qarşılaşdıqları məsələlər dinlənilib, onların fikir və təklifləri nəzərə alınıb, səsləndirilən suallar ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüş zamanı müəllim əməyinin cəmiyyətin inkişafında mühüm rolu xüsusi vurğulanıb. Qeyd olunub ki, müəllim yalnız şagirdlərə bilik və bacarıqların aşılanmasında deyil, onların dünyagörüşünün, vətəndaşlıq mövqeyinin və gələcək həyata hazırlığının formalaşdırılmasında da mühüm rol oynayır.
Təhsil işçilərinin hüquqi maarifləndirilməsi, əmək münasibətlərində qarşılıqlı məsuliyyətin gücləndirilməsi, sağlam və təhlükəsiz iş şəraitinin təmin olunması, eləcə də sosial tərəfdaşlığın inkişaf etdirilməsi görüşün əsas müzakirə istiqamətlərindən olub.
Görüş zamanı şagirdlər tərəfindən müəllimlərə həsr olunmuş kompozisiyalar təqdim edilib və müəllimlərə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriklər çatdırılıb. Müəllimlərə şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulanıb.
Sonda görüş iştirakçıları ilə xatirə fotosu çəkdirilib.


