Əsas səhifəHaqqımızda
Haqqımızda

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax Rayon Komitəsi, rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində çalışan müəllimlərin və digər təhsil işçilərinin sosial-iqtisadi hüquqlarını və peşə maraqlarını qorumağı özünün əsas vəzifəsi hesab edir.
Komitə təhsil müəssisələrində fəaliyyət göstərən ilk həmkarlar ittifaqı təşkilatları ilə sıx əməkdaşlıq şəraitində çalışaraq, üzvlərin hüquq və mənafelərinin müdafiəsi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir.
Komitənin fəaliyyəti əsasən:
- əmək münasibətlərinin düzgün tənzimlənməsi,
- üzvlərin sosial müdafiəsinin gücləndirilməsi,
- sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması,
- mədəni, maarifləndirici və ictimai tədbirlərin təşkili,
- istirahət imkanlarının təmin olunması və gənclərlə işin təşkili kimi istiqamətləri əhatə edir.

İttifaqın struktur genişliyi və üzv sayı
Qax Rayon Komitəsinin tərkibinə ümumilikdə 87 üzv təşkilat daxildir. Bunlara aşağıdakılar daxildir:
- 46 məktəb
- 1 məktəb-lisey
- 1 peşə məktəbi
- 1 Uşaq-Gənclər İnkişaf Mərkəzi
- 1 Uşaq-Gənclər İdman-Şahmat Məktəbi
- 1 Qax rayonu üzrə Təhsil Sektoru
- 24 körpələr evi–uşaq bağçası
- 12 uşaq bağçası ilk həmkarlar ittifaqı komitələri
Üzvlərin ümumi sayı: 2614 nəfər
- Qadın: 1972 nəfər
- Kişi: 642 nəfər
Qax Rayon Komitəsinin fəaliyyət istiqamətləri:


