“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Qax Rayon Komitəsinin sədri peşə təmayüllü siniflərin fəaliyyəti ilə tanış olub

10/02/2026, 23:58
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax Rayon Komitəsinin sədri Rübail Əfəndiyeva Qax şəhər T. İsmayılov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunan peşə təmayüllü siniflərdə aparılan işlərlə tanış olub, eyni zamanda məktəbin pedaqoji və texniki kollektivi ilə görüş keçirib.

Səfər zamanı komitə sədri peşə təmayüllü siniflərdə şagirdlərin ilkin peşə vərdişlərinin formalaşdırılması, onların gələcək əmək fəaliyyətinə hazırlanması istiqamətində görülən işləri müsbət qiymətləndirib. Şagirdlərlə keçirilən görüşdə layiqli əmək anlayışı, bölgənin əmək bazarının tələbləri, eləcə də müasir və aktual peşələr barədə ətraflı məlumat verilib, şagirdlərin peşə seçiminin düzgün istiqamətləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Qeyd edək ki, peşə təmayüllü siniflərin yaradılması layihəsi 2019–2020-ci tədris ilindən etibarən həyata keçirilir. Layihənin əsas məqsədi ümumi orta təhsil bazasında təhsilalanların peşə təhsilinə hazırlanması, onların peşə ixtisasları üzrə səriştələrinin inkişaf etdirilməsi, ilkin bilik və bacarıqlara yiyələnmələri yolu ilə əmək bazarına daha hazırlıqlı şəkildə çıxışlarının təmin edilməsidir.

Peşə təmayüllü sinifləri bitirən şagirdlər tam orta təhsil haqqında attestat almaqla yanaşı, müvafiq peşələr üzrə bilik və bacarıqlara da yiyələnirlər ki, bu da onların əmək bazarında məşğulluq imkanlarını artırır. Hazırda layihə ölkə üzrə 249 ümumtəhsil məktəbini, 419 sinfi, 838 ixtisas qrupunu, 7000-dən çox şagirdi və 1087 nəfər müəllim heyətini əhatə edir.

Görüş zamanı komitə sədri məktəb kollektivi qarşısında Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən həyata keçirilən sosial layihələr və güzəştlər barədə də məlumat verib. Bildirilib ki, 2026-cı ilin yanvar ayı ərzində ittifaq üzvləri üçün sanatoriya və müalicə mərkəzlərinə yollayışlardan istifadə imkanı yaradılıb. Ümumilikdə 216 nəfər təhsil işçisi yollayışla təmin olunub, 449 nəfər isə ailə üzvləri ilə birlikdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəzdində fəaliyyət göstərən sanatoriya və müalicə mərkəzlərində istirahət edib.

Həmçinin, yanvar ayı ərzində ilk həmkarlar təşkilatlarının sədrləri üçün təşkil olunan proqram çərçivəsində 44 nəfər, ailə üzvləri ilə birlikdə olmaqla ümumilikdə 92 nəfər 3 günlük müalicə paketindən yararlanıb. Bununla yanaşı, ötən ay rayon və şəhər komitələri tərəfindən təşkil edilən ekskursiyalara 165 nəfər ittifaq üzvü cəlb olunub.

Vurğulanıb ki, bu tədbirlər həmkarlar ittifaqı üzvlərinin sosial rifahının yaxşılaşdırılmasına, istirahətinin səmərəli təşkili və həmrəyliyin gücləndirilməsinə xidmət edir.

Görüş zamanı kollektiv üzvlərini maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib və qarşılıqlı fikir mübadiləsi aparılıb. Tədbir səmimi mühitdə keçib və xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: